“ADY” QSC-nin sədri hörmətli cənab Rövşən Rüstəmova göstərdiyi diqqət, qayğı və dəstəyə görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
“Azərbaycanın Şəhid Milli Qəhrəmanı”,atam Pəhlivan Əhliman oğlu Fərzəliyevin adını daşıyan oğlum Pəhlivan Fərzəliyevin Türkiyə Respublikasında ali təhsil alması üçün göstərdiyi maddi dəstək ailəmiz üçün böyük əhəmiyyət daşıyır. Bu dəstək bizim üçün yalnız maddi yardım deyil, eyni zamanda şəhid ailəsinə göstərilən diqqətin, qayğının və mənəvi dəstəyin ən gözəl nümunəsidir.cənab sədrin dəstəyi sayəsində oğlum təhsilini uğurla davam etdirir, gələcəyinə inamla addımlayır. Şəhid nəvəsinin təhsilinə göstərilən belə qayğı bizim üçün əvəzsiz mənəvi dayaqdır. Bu nəcib münasibətə görə cənab sədrə ailəmiz adından səmimi təşəkkürümü bildirirəm.
Cənab Rövşən Rüstəmovun “ADY” QSC-yə rəhbər təyin olunan dövründən dəmir yollarında həyata keçirilən inkişaf layihələri, yeniliklər, kadr və insan resurslarına göstərilən diqqət və qayğı xüsusi təqdirəlayiqdir. “ADY” QSC-nin gündən-günə inkişaf etməsi və müasir layihələrin həyata keçirilməsi ölkəmizin tərəqqisinə mühüm töhfə verir.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, o cümlədən dəmir yolu infrastrukturunun yenidən qurulması hər bir Azərbaycanlıda böyük qürur hissi yaradır.
Şəhid ailələrinə, Milli Qəhrəman ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və qayğı dövlətimizin şəhidlərimizin ailələrinə olan ehtiramının mühüm göstəricisidir. Bu diqqətin “ADY” QSC-də də yüksək səviyyədə davam etdirilməsi təqdirəlayiqdir.
Ölkəmizin inkişafına və xalqımızın rifahına yönəlmiş bütün bu işlərə görə Möhtərəm Prezidentimizə və dövlətimizə dərin minnətdarlığımı bildirirəm.
Bir daha “ADY” QSC-nin sədri hörmətli cənab Rövşən Rüstəmova oğlumun təhsilinə göstərdiyi maddi və mənəvi dəstəyə, şəhid ailəsinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm.
Dərin hörmət və minnətdarlıqla,
Xaliq Pəhlivan oğlu Fərzəliyev