İnformasiya Portalı

Milli Qəhrəman ailələrinə göstərilən diqqət və qayğı – dövlətimizin mənəvi dəyərlərinə ehtiramın nümunəsi

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov cənabları Milli Qəhrəman ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı ilə seçilir. O, şəhidlərimizin və Milli Qəhrəmanlarımızın ailələrini daim diqqət mərkəzində saxlayır, onların həyat şəraiti, gündəlik qayğıları və qarşılaşdıqları problemlərlə yaxından maraqlanır.

Milli Qəhrəman ailələrinin hər zaman yanında olmaq, onların müraciətlərinə həssaslıqla yanaşmaq, problemlərinin həlli istiqamətində dəstək göstərmək böyük mənəvi məsuliyyət və vətənə xidmətin mühüm nümunəsidir.

Eyni zamanda, Nizami rayonunda vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc nəslin qəhrəmanlıq tariximizə hörmət və ehtiram ruhunda tərbiyə olunması istiqamətində Milli Qəhrəmanlar təşkilatının fəaliyyətinə xüsusi diqqət ayrılması təqdirəlayiqdir.

Milli Qəhrəmanlarımızın keçdiyi şərəfli həyat yolu, Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillər üçün əsl örnəkdir. Onların ailələrinə göstərilən diqqət isə qəhrəmanlarımızın xatirəsinə, Vətənə və milli dəyərlərimizə olan hörmətin ifadəsidir.

İnanırıq ki, bu diqqət və qayğı bundan sonra da davam edəcək, Milli Qəhrəman ailələri özlərini daim dövlətin və cəmiyyətin diqqət və qayğısı əhatəsində hiss edəcəklər.

Qəhrəmanlarımızın adı xalqımızın yaddaşında əbədi yaşayır, onların ailələrinə göstərilən ehtiram isə milli mənəvi borcumuzdur!

 

ƏDHƏM MƏMMƏDOV VƏTƏNQƏHRƏMANLARI.AZ

Bir cavab yazın

Your email address will not be published.