İnformasiya Portalı

Gənc müğənni Nazlı Ələkbərli qəhrəmanlıq mahnıları layihəsinə başlayır

Gənc müğənni Nazlı xanım sənət yolunda yeni mərhələyə qədəm qoyur.
150-dən artıq mahnı ifa etmiş, özünə aid bəsdələri və ifa tərzi ilə el məclislərində, bir neçə televiziya kanalında və müxtəlif tədbirlərdə çıxış etmiş müğənni artıq qəhrəmanlıq mövzusunda mahnılar ifa edəcəyini açıqlayıb.
Layihənin ilk mahnısı yaxın dostumuz Xaliq Fərzəliyevin atası polis baş leytenantı, Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevə həsr olunacaq. Növbəti mərhələlərdə isə digər qəhrəmanlara aid mahnılar da yazdırılaraq ifa ediləcək.
Nazlı Ələkbərli bu qərarı ilə bağlı bildirib:
“Mənim üçün dövlət və dövlətçilik, Vətən və Vətənimin qəhrəman oğlanları hər şeydən üstündür. Bu layihə ilə şəhidlərimizin xatirəsini yaşatmaq və gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq istəyirəm.”Layihə davamlı olacaq və növbəti qəhrəmanlara həsr olunmuş mahnılar da yaxın zamanda təqdim ediləcək.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.