Bir məsələ məni ciddi şəkildə narahat edir. Cənab Prezidentin Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın və Vətən Müharibəsi Qəhrəmanlarımızın tanıdılması, onların şücaətinin təbliğ olunması və gələcək nəsillərə nümunə göstərilməsi istiqamətində verdiyi tapşırıqlara bəzi məmurların lazımi səviyyədə əməl etməməsinin səbəbi nədir?
Niyə bəzi yerlərdə bu məsələyə formal yanaşılır?
Niyə qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi, onların həyat və döyüş yolunun təbliği üçün lazımi təşəbbüslər göstərilmir?
Axı, bu qəhrəmanlar öz canları, qanları bahasına Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparıblar. Onların qəhrəmanlığı heç bir məmurun şəxsi münasibətindən və ya biganəliyindən asılı olmamalıdır.
Unutmayaq ki, qəhrəmanlarına sahib çıxmayan cəmiyyət gələcəyinə də sahib çıxa bilməz!
Müvafiq qurumlara və məsul şəxslərə sualım var: Cənab Prezidentin bu istiqamətdəki tapşırıqlarının icrasına mane olan nədir?
Bəzi məmurların bu qədər laqeyd davranmasının səbəbi nədir?
Bu məsələyə ciddi münasibət göstərilməli, hər bir məsul şəxs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Şəhidlərimizin xatirəsi, qəhrəmanlarımızın adı bizim milli qürurumuzdur! Onlara sahib çıxmaq hər birimizin mənəvi borcudur!
ƏDHƏM MƏMMƏDOV
VƏTƏNQƏHRƏMANLARI.AZ