Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biridir.
Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, uzaqgörənliyi və zəngin dövlətçilik təcrübəsi əsasında yaradılan partiya ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı və milli maraqlarımızın qorunması istiqamətində mühüm tarixi missiya həyata keçirmişdir.
Bu əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini, partiya fəallarını və bu ideyalara sadiq olan hər kəsi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayıram.
Qoy, Azərbaycanın inkişafı, tərəqqisi və qüdrətlənməsi naminə görülən bütün işlər daim uğurla davam etsin!
Yeni Azərbaycan Partiyası – dünənin, bu günün və gələcəyin partiyasıdır!