Bu gün Azərbaycan xalqının yaddaşında hüzn və qürur hissi ilə yaşayan günlərdən biridir. Şəhid Milli Qəhrəman Fəxrəddin Şahbazovun və şəhid Milli Qəhrəman Alı Mmustafayevin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Onlar Vətənə, torpağa və xalqa olan sədaqətlərini canları bahasına sübut etdilər. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın həyat yolu gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsidir.
Şəhidlər ölmür, onlar xalqın qəlbində, tariximizin yaddaşında əbədi yaşayırlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!
Vətən sizə minnətdardır! 🇦🇿