İnformasiya Portalı

Vətənə xidmətin, qəhrəmanlığın və fədakarlığın təntənəsi

44 günlük Vətən müharibəsində tibb işçisi kimi döyüşlərdə iştirak edən Abbasov Yaşar Şabanoğlu fəxri fərmanla təltif olunub.

 

Bu gün Milli Qəhrəman Təşkilatının Nizami rayon nümayəndəliyi tərəfindən 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə, fədakarlığa və Vətənə sədaqətli xidmətinə görə “Nizami” Tibb Mərkəzinin cərrah həkimi Abbasov Yaşar Şaban oğlu fəxri fərmanla təltif edilib.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış, hər bir azərbaycanlının qürur və şərəf tarixidir.

Bu müharibədə Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparan igid oğullarımızla yanaşı, onların həyatını xilas etmək üçün gecə-gündüz çalışan həkimlərimiz və tibb işçilərimiz də əsl qəhrəmanlıq nümunəsi göstərdilər.

Həmin qəhrəmanlardan biri də Abbasov Yaşar Şaban oğludur. O, Vətən müharibəsinin ağır və məsuliyyətli günlərində həkim kimi döyüşlərdə iştirak edərək öz peşə borcunu və vətəndaşlıq məsuliyyətini şərəflə yerinə yetirib.

Döyüş meydanında yaralanan hər bir əsgərin həyatını xilas etmək, onun ağrılarını azaltmaq və yenidən həyata qaytarmaq üçün göstərilən hər bir fədakarlıq böyük qəhrəmanlığın təzahürüdür.

Cərrah həkim kimi insan həyatını qorumağı özünün müqəddəs vəzifəsi hesab edən Yaşar həkimin müharibə dövründəki fəaliyyəti tibb işçilərinin Vətən qarşısında daşıdığı böyük məsuliyyətin parlaq nümunəsidir. Onun kimi həkimlərimiz döyüş meydanında yalnız tibbi yardım göstərmirdilər, eyni zamanda əsgərlərimizin mənəvi gücünə, döyüş ruhuna və qələbə əzminə dəstək olurdular.

Bu gün həmin qəhrəmanlıq yolunu ehtiramla xatırlamaq, Vətən uğrunda göstərilən xidmətləri qiymətləndirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.

Milli Qəhrəman Təşkilatının Nizami rayon nümayəndəliyi olaraq Abbasov Yaşar Şaban oğlunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti, fədakarlığı və qəhrəmanlığı yüksək qiymətləndirir, onu fəxri fərmanla təltif etməkdən qürur duyuruq.

Bu təltif yalnız bir fəxri fərman deyil, həm də Vətən uğrunda canını, sağlamlığını və əməyini əsirgəməyən qəhrəmanlarımıza göstərilən ehtiramın ifadəsidir.

Yaşar həkimə insan həyatının qorunması naminə göstərdiyi fədakarlığa, Vətənə sədaqətli xidmətinə və qəhrəmanlıq nümunəsinə görə dərin təşəkkürümüzü bildiririk.

Vətən uğrunda döyüşən, döyüş meydanında yaralı əsgərlərimizin həyatını xilas edən bütün qəhrəmanlarımızla fəxr edirik!

Qəhrəmanlarımızı tanıyaq, tanıdaq və onların şərəfli xidmət yolunu daim yaşadaq!

Vətən sağ olsun!

 

ƏDHƏM MƏMMƏDOV

VƏTƏNQƏHRƏMANLARI.AZ

Bir cavab yazın

Your email address will not be published.