Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanımızın anım günü

Bu gün Azərbaycan Respublikasının Şəhid Milli Qəhrəmanı Bağırov Tahir Əminağa oğlunun anım günüdür.

Tahir Bağırov 14 iyul 1957 – ci ildə indiki Türkmənistan Respublikasında anadan olub.
Birinci Qarabağ savaşında könüllü şəkildə ordu sıralarına qoşulan Tahir torpaqlarımızın bütövlüyünün qorunması uğrunda xüsusi şücaət göstərmiş və 11 oktyabr 1992 – ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qəhrəmanımız Şəhidlər xiyabanında dəfn edilib və Şirvan şəhərində yaşadığı küçəyə, həmçinin, 11 saylı və 59 saylı tam orta məktəblərə onun adı verilib.

Ailəli idi və iki oğul övladı yadigar qaldı.

Biz də Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

Vətənqəhrəmanları.az

NƏRMİN SƏFƏROVA