İnformasiya Portalı

Şəmkirdə DƏHŞƏTLİ QƏZA: Qatar 24 yaşlı gənci vuraraq öldürdü

0

Şəmkirdə qatar 24 yaşlı oğlanı vurub.
“Vetenqehremanları.az”Qafqazinfoya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan Bakı-Tbilisi-Bakı sərnişin qatarı qəfil dəmiryoluna çıxan kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.
24 yaşlı gənc aldığı xəsarətlərdən elə hadisə yerində həyatını itirib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
ADY-dən bildirilib ki, bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb.
Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.
ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.