İnformasiya Portalı

Prezident Melonini təbrik etdi

0

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib.
“Vetenqehremanları.az”Qafqazinfoya istinadla xəbər verir ki, bununla bağlı dövlət başçısı “X” hesabında paylaşım edib.
“İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdən təbrik edirəm.
Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir.
Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz və xalqlarımızın rifahı naminə dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da dərinləşəcək və genişlənəcək”, – paylaşımda deyilir.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.