İnformasiya Portalı

AĞAYEV FƏRHAD İSLAM OĞLU

0

Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. 1992-ci ildə Ələmbəyli kənd orta məktəbini bitirmişdir. 1993-cü il oktyabrın 8-də Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılan Fərhad, Prezident Qvardiyasında xidmətə başlayır. Hərbçi olmaq arzusu elə ilk günlərdən onu hərb elminin sirlərini dərindən öyrənməyə sövq edirdi. Fərhad 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür. Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli kəndində olur. O, döyüşdə əsl hərbçi kimi vuruşur, düşmənə sarsıdıcı zərbələr endirməyə çalışırdı. Füzuli rayonu ərazisində bir neçə döyüş əməliyyatında iştirak etdikdən sonra o, Murovdağ, Ömərdağ, Güzgü deyilən müdafiə əhəmiyyətli, ərazi döyüşlərində də öz şücaətini göstərdi. 1995-ci il fevralın əvvəlində Fərhad Goranboy rayonuna – döyüş bölgələrinə göndərildi. Həmin ilin mart ayında məlum dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün Fərhadın daxil olduğu batalyon Ağstafaya göndərilmişdir. F.Ağayev 1995-ci il martın 13-də dövlətçiliyimizin müdafiə olunması uğrunda gedən döyüşdə aldığı ağır güllə yarasından martın 15-də dünyasını dəyişmişdir. Sabirabad rayonundakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Sabirabad rayonundakı Şəhidlər xiyabanında dəfn edilmişdir. Oxuduğu Sabirabad rayonu Ələmbəyli kənd orta məktəbi onun adını daşıyır. Büstü qoyulmuşdur.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.