İnformasiya Portalı

Milli Qəhrəmanlar Təşkilatının Azərbaycan Dövlət Dəniz Akademiyasında görüşü

0

Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon nümayəndəliyi Azərbaycan Dövlət Dəniz Akademiyasında müəllim heyəti ilə görüşdü.

2 aprel 2026-cı il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami və Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və müavini Nərmin Səfərova Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğuları” kafedrasının heyəti ilə görüş tədbiri keçirildi.
Görüşdə  “Gəmi energetik qurğuları” kafedra müdiri Akif İsmayılov,  dosent Məhəmməd  Rzayev, baş müəllim  İkram Ələkbərov, baş müəllim Mehman İsmayılov, assistent Elnur Kərimov,  assistent, Əlihüseyn Həziyev, baş laborant  Aynurə Əliyeva, “Gəmi energetik qurğuları” kafedrasının texnika elmləri üzrə fəlsəfə doktoru Natalya  Fatyanova iştirak edirdi.
Görüş zamanı Ədhəm Məmmədov və müavini Nərmin Səfərova Azərbaycan Dövlət Dəniz Akademiyasında məzun olmuş Şəhid və qazilərin xatirəsinə yaradılmış guşəni ziyarət etdi.

Ədhəm Məmmədov kafedranın texnika elmləri üzrə fəlsəfə doktoru Natalya Fatyanovaya Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon nümayəndəliyinin üzvlük vəsiqəsini təqdim etdi.

Daha sonra kafedra müdiri Akif müəllim və müəllim heyəti,  həmçinin,  Natalya xanım bu ziyarətə və vəsiqəyə görə təşkilatın rəhbərliyinə,  Ədhəm Məmmədova və Nərmin xanıma öz dərin təşəkkürlərini bildirdilər.
Sonda isə xatirə şəkilləri çəkdirildi. 

Bir cavab yazın

Your email address will not be published.