Siyası Online Qəzet

Rusiya ilə Azərbaycan arasında mədəni mübadilə güclənir

22 dekabr 2022-ci il tarixdə 1566 saylı məktəbin “Üçüncü Mühafizə Mexanikləşdirilmiş Korpusu”nun “Stalinqrad döyüşü qəhrəmanlarının xatirəsinə” Hərbi Şöhrət Muzeyi ilə 988 saylı məktəbin “Vətənin sadiq oğulları” Hərbi Şöhrət Muzeyinin “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Lənkəran şəhər Regional Mədəniyyət İdarəsi arasında üçtərəfli Əməkdaşlıq Sazişi imzalanmışdır.

Müqaviləni imzaladılar: Muzeylərin direktorları Qololobova İrina Yurvna və Voronkov Valeriy Valentinoaiç, Muxtariyyətin sədri Kazımov Əli Əliyeviç, Lənkəran Rayon Mədəniyyət Şöbəsindən Şahbazov Şahin Yusif oğlu Şahbazov.
Tərəflər mədəni mübadilə və beynəlxalq əməkdaşlıq haqqında razılığa gəliblər.
Şahin Şahbazov Fəxri qonaqlar kitabına ürək sözlərini yazaraq, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Böyük Vətən Müharibəsi illərində döyüşmüş bütün döyüşçülərin xatirəsini yad etdiyinə görə minnətdarlığını bildirib.
Sazişin imzalanması Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında SSRİ Ali Sovetinin Fərmanının verilməsinin 80 illiyi münasibətilə baş tutub.
Görüşün sonunda Şahin Şahbazov muzey direktorlarını Həzi Aslanovun vətəni Lənkərana, Həzi Aslanovun ev-muzeyini ziyarət etməyə dəvət edib.

image-img-20221222-wa0091

image-img-20221222-wa0092

image-img-20221222-wa0090

image-img-20221222-wa0089