İnformasiya Portalı

Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun şəhadət günüdür

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun kapitanı İsmayıl Səmədovun şəhadət günüdür.İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. Hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb, daha sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin kursunu birinciliklə bitirən İsmayıl Səmədov peşəkarlığı, iradəsi və Vətənə bağlılığı ilə seçilib.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. O, oktyabrın 12-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Zaqatala rayonunun Lahıc kəndində dəfn edilib.Vətən qarşısındakı misilsiz xidmətləri, döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlığa görə İsmayıl Səmədova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.İsmayıl Səmədovdan iki övladı yadigar qalıb. Onun həyatını Vətənə fəda etməsi, göstərdiyi cəsarət və qəhrəmanlıq xalqımızın yaddaşında daim yaşayacaq.Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Onların qanı ilə yazılan qəhrəmanlıq salnaməsi gələcək nəsillərə örnək olacaq.Allah bütün şəhidlərimizə rəhmət eləsin! İsmayıl Səmədovun ruhu şad, məkanı cənnət olsun!

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.