Aparıcı Xoşqədəm Baxşəliyeva sosial media hesabında paylaşım edərək ətrafı zibilləyən şəxslərə iradını bildirib.
“vetenqehremanları.az”Yeni Sabaha istanadən xəbər verir ki, aparıcı dünyanın müxtəlif yerlərində eyni mənzərə ilə qarşılaşdığını deyib və insanları təbiəti qorumağa çağırıb.
“Biz gözəlliyi yaşatmaq, qorumaq üçün yox, məhv etmək üçün yaradılmışıq. Dənizin kənarında zibil yeşikləri olsa da, butulkalar, salfetlər hamısı dənizin içində və ətrafındadır. Gözəlliyi niyə məhv edirik?
Əkizlərimin 3 yaşı var idi. Maşında yol gedirdik. Bir də baxdım ki, əllərindəki salfeti pəncərədən atdılar. Maşını kənara verib, onları da düşürdüm və atdıqları salfeti özlərinə götüzdürdüm. Onlara başa saldım ki, zibili yerə atmaq olmaz. Bu küçəni təmizləyənlər sizin ananız yaşındadır. Əziyyət çəkirlər.
O gündən bu günə yerə zibil atmırlar. Başqaları da atanda yaxınlaşıb deyirlər ki, zibili niyə yerə atırsınız? Olmaz. Təbiəti korlayırsınız. Mən öyrətmişəm. Demişəm ki, gördünüz yeri zibilləyirlər, deyin. Niyə hər tərəf gözəl olmasın?”, – deyə Xoşqədəm Baxşəliyeva bildirib.
Xaliq Pəhlivanoğlu