İnformasiya Portalı

Azərbaycanda meyitdən ürək transplantasiyası həyata keçirilib – Rəsmi

0

Bu ilin ilk 9 ayında 1 meyitdən ürək transplantasiyası həyata keçirilib.
“Vetenqehremanları.az” Report-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi məlumat yayıb.
Həyata keçirilən ürək transplantasiyası uğurlu olub.
2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası 2025-ci il oktyabrın 31-də uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə baş tutan bu tarixi əməliyyatda beyin ölümü reallaşmış donorun ürəyi 19 yaşlı gəncə köçürülüb.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.