Market rəflərində “şəkərsiz”, “təbii” və “fit” yazılan məhsullar daha sağlam seçim kimi görünür. Alıcıların bir çoxu bu sözləri gördükdə məhsulun tərkibinə çox baxmadan onu səbətinə atır.
Bəs qablaşdırmanın üzərindəki bu ifadələr məhsulun həqiqətən faydalı olduğu anlamına gəlirmi?
Mövzu ilə bağlı “Vetenqehremanları.az”Yeni Sabah”a qida məsələləri üzrə mütəxəssis, “JavarovAz YouTube kanalının müəllifi” Elşən Cəfərov danışıb. Pepperoni pizza
Ekspert bildirib ki, məhsulun üzərindəki cəlbedici ifadələr onun bütün qida xüsusiyyətləri barədə tam təsəvvür yaratmır:
“Market rəflərində məhsul seçərkən insanların böyük əksəriyyəti ilk növbədə qablaşdırmanın ön hissəsinə baxır. “Şəkərsiz”, “təbii”, “fit”, “protein mənbəyi”, “palm yağı yoxdur”, “100% təbii”, “əlavə şəkərsiz” kimi ifadələr məhsulu daha sağlam seçim kimi göstərə bilər. Lakin istehlakçı üçün əsas sual budur: qablaşdırmanın üzərində böyük hərflərlə yazılan bu ifadələr məhsul haqqında tam təsəvvür yaradırmı? Əslində məhsulu qiymətləndirmək üçün yalnız ön tərəfdəki yazılara baxmaq kifayət deyil. Ən vacib məlumat adətən qablaşdırmanın arxa hissəsində, tərkib siyahısında və qida dəyərləri cədvəlində yerləşir. Məhz buna görə məhsul alarkən etiket oxumağı bacarmaq müasir istehlakçı üçün vacib vərdişlərdən biridir.
Məhsulun tərkibini oxuyarkən ən vacib məqamlardan biri inqrediyentlərin hansı ardıcıllıqla göstərilməsidir. Bir çox məhsulda inqrediyentlər miqdarı çox olandan az olana doğru sıralanır. Buna görə tərkib siyahısının ilk 3 mövqeyinə xüsusi diqqət yetirmək faydalıdır. Məsələn, bir məhsulun üzərində “meyvəli”, “təbii” və ya “fit” yazılsa da, tərkib siyahısının ilk yerlərində şəkər və ya müxtəlif şərbətlər, daha sonra isə digər komponentlər göstərilirsə, istehlakçı bunu bilməlidir. Eyni prinsip müxtəlif məhsullara aiddir. Ona görə də mən istehlakçılara belə sadə bir qayda tövsiyə edərdim: Qablaşdırmanın ön hissəsi məhsulu sizə təqdim edir, arxa hissəsi isə onun haqqında daha ətraflı məlumat verir”.
Elşən Cəfərovun sözlərinə görə, “şəkərsiz” yazılan məhsulların tərkibində də müxtəlif şəkər mənbələri və şirin komponentlər ola bilər:
“Şəkərsiz” ifadəsi istehlakçıda məhsulun ümumiyyətlə şirin olmadığı və ya tərkibində heç bir şəkər mənbəyinin olmadığı təsəvvürü yarada bilər. Halbuki məsələ daha mürəkkəbdir. Məhsulun tərkibində adi şəkər olmaya bilər, amma şirin dad başqa komponentlər hesabına yaradıla bilər. Məsələn, məhsulun tərkibində fruktoza, qlükoza, qlükoza-fruktoza siropu, müxtəlif meyvə konsentratları, bal, bəkməz və patoka, qarğıdalı siropu, aqava siropu, ağcaqayın siropu, digər şərbətlər istifadə oluna bilər. Buna görə də tərkib siyahısında yalnız “şəkər” sözünü axtarmaq kifayət deyil. Məhsulun bütün tərkibinə baxmaq lazımdır. Burada başqa bir mühüm fərq də var: “əlavə şəkərsiz” ifadəsi məhsulda ümumiyyətlə şəkər yoxdur demək deyil. Məsələn, meyvənin, meyvə şirəsinin və ya digər xammalın özündə təbii şəkərlər ola bilər. Məhsula ayrıca şəkər əlavə edilməməsi həmin təbii şəkərlərin yox olması demək deyil. İstehlakçıların ən çox çaşdığı məqamlardan biri də budur. Bəzən insanlar tərkib siyahısında “şəkər” sözünü görmədikdə məhsulun şəkərsiz olduğunu düşünürlər. Halbuki tərkibdə müxtəlif şəkər növləri və şəkər tərkibli komponentlər ola bilər.
Etiket oxuyarkən aşağıdakı adlara diqqət etmək olar:
Şəkər və şəkər növləri:
– şəkər;
– saxaroza;
– qlükoza;
– fruktoza;
– maltoza;
– qəhvəyi şəkər;
– qamış şəkəri;
– kokos şəkəri.
Şərbətlər:
Related Posts