İnformasiya Portalı

RAFAEL FİZİYEV RƏQİBLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ

0

“Rəqibim boy baxımından üstünlüyə malikdir. Lakin onun həm güclü, həm də zəif tərəflərini yaxşı tanıyıram”.
“Vetenqehremanları.az”İdman.Biz saytına istinadən xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək Azərbaycan döyüşçüsü Rafael Fiziev mətbuat konfransında deyib.
O, qarşıdakı döyüşə ciddi hazırlaşdığını bildirib:
“Manuel Torresin güclü və zəif tərəflərini bilirəm. O, bəzi sadə kombinasiyaları və fəndləri çox sürətli yerinə yetirir. İndiyədək topladığım bütün təcrübəni bu döyüşdə nümayiş etdirməyə çalışacağam. Qarşılaşmanın beş raunddan ibarət olması mənim üçün üstünlükdür. Bu, döyüş ərzində rəqibi daha yaxşı analiz etməyə imkan verir. Hazırlıq prosesini yüksək səviyyədə keçmişəm”.
Rafael Fiziev doğma ölkəsində keçiriləcək UFC turnirinin onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:
“Kaş babalarım da bu günü görəydilər. Bu, mənim üçün çox önəmli olardı. Atam isə mənimlə fəxr edir və bu, məni daha da motivasiya edir”.
Qeyd edək ki, UFC turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Rafael Fiziev meksikalı Manuel Torreslə üz-üzə gələcək.


Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.