Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının icrası nəticəsində mədənçıxarma sektorunda istehsalın artırılması və 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadla xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qeyri-neft-qaz sektorunun əsas prioritet sahələri üzrə mühüm hədəflər müəyyənləşdirilib. Azad edilmiş ərazilərdə qızıl, mis və molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiqi mədənçıxarma sənayesində istehsal həcminin daha da artırılmasına imkan verəcək.
Onun sözlərinə görə, Dövlət Proqramının qəbul edilməsi ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Proqram çərçivəsində yaradılacaq yeni iş yerlərinin əksəriyyətinin bölgələrin payına düşməsi gözlənilir.
Related Posts