İnformasiya Portalı

NAZİM SADIXOV DÖYÜŞ ÖNCƏSI İDDİALI DANIŞDI

0

“Rəqibimin həm zəif, həm də üstün cəhətlərini təhlil etmişəm. Hətta bunun üçün xüsusi məşqçilərlə də çalışmışam”.
“Vetenqehremanları.az”İdman.Biz saytına istinadən xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək Azərbaycan döyüşçüsü Nazim Sadıxov mətbuat konfransında deyib.
O, hər zaman maksimum gücü ilə mübarizə apardığını vurğulayıb:
“İndiyədək bütün döyüşlərimdə əlimdən gələni etmişəm. Bundan sonra da eyni əzmkarlıqla çıxış edəcəyəm. Bonus qazanmaq əsas məqsədim deyil. Mənim üçün ən vacib məsələ qələbə əldə etmək və yaxşı performans göstərməkdir”.
Nazim Sadıxov yarışın təşkilatçılığından da məmnun qaldığını bildirib:
“Ötən illə müqayisədə bir sıra yeniliklərin şahidi oluruq. Azərbaycan bu turnirə çox ciddi yanaşıb. Təşkilati işlər yüksək səviyyədə qurulub və yarışa böyük hazırlıq görüldüyü hiss olunur”.
Qeyd edək ki, Nazim Sadıxov UFC turniri çərçivəsində braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq. Turnir iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.
Xatırladaq ki, gecənin əsas döyüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Rafael Fiziev meksikalı Manuel Torreslə üz-üzə gələcək.


Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.