İnformasiya Portalı

Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon nümayəndəliyi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdi

0

4 may 2026-cı il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami və Nərimanov rayon nümayəndəliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir təşkil etdi.


Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov nümayəndəliyinin sədri Ədhəm Məmmədov qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Tədbirdə Nizami rayon deputatı Əli Əhmədovun köməkçisi Mayis bəy, Nizami Rayon İcra Hakimiyyəti yanında Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin rəhbəri Taleh bəy, YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət bəy, Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan xanım, Şəhid Milli Qəhrəman Samir Xasiyevin anası Gözəl xanım, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudovun qızı Mehriban xanım, Şəhid Milli Qəhrəman Əsəd Əsədovun həyat yoldaşı Sevil xanım, Şəhid Milli Qəhrəman Turqut Xəlilbəylinin həyat yoldaşı Sevinc xanım, Şəhid Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin həyat yoldaşı Fərqiyyə xanım, Vətən Müharibəsi Şəhidi Tural Dadaşovun anası Kəmalə xanım, Vətən Müharibəsi Şəhidi Teymur Qaraisayevin anası Sinazər xanım, Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz xanım, Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon sədr müavini, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin xanım, Nizami və Nərimanov rayon Mədəniyyət şöbəsinin rəhbəri Əjdər bəy və yeni təyin olunmuş müavini Türkan xanım, təşkilatın Nizami və Nərimanov rayon Elmi və Mədəni Tədbirlərin Təşkili şöbəsinin yeni təyin olunmuş rəhbəri Kəmalə xanım, təşkilatın Nizami rayon Təsərrüfat İşləri şöbəsinin rəhbəri Məmmədhəsən bəy, Təşkilatın Nizami rayon sədr köməkçisi Ceyhun bəy, təşkilatın Nizami rayon Ağsaqqallar şurasının müavini Bəhri bəy, Nizami rayon 250 nömrəli tam orta məktəbin direktoru Gülanə xanım və bir çox qonaqlar iştirak edirdi.

Tədbir zamanı Ulu Öndər Heydər Əliyev ilə görüşən Şəhid Milli Qəhrəman ailələri onunla olan unudulmaz xatirələrini bölüşərək Ulu Öndərin onlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını bir daha vurğuladılar.


Nizami rayon deputatı Əli Əhmədovun köməkçisi Mayis bəy, Nizami Rayon İcra Hakimiyyəti yanında Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin rəhbəri Taleh bəy, YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət bəy öz çıxışlarında Ulu Öndər siyasətinin uğurlu davamçısı, ata vəsiyyətini həyata keçirərək 30 ildən artıq işğal altında qalan Qarabağı işğaldan azad edən Ali Baş Komandan cənab İlham Əliyev də atası Ulu Öndərin izi ilə gedərək hər zaman Şəhid Milli Qəhrəman, Şəhid Vətən Müharibəsi Qəhrəmanı və Şəhid Ailələrini, qazi və veteranları xüsusi diqqətdə saxladığını və bu siyasəti dövlət qurumları olaraq davam etdirdiklərini qeyd etdilər.

Təşkilatın Nizami və Nərimanov rayon sədr müavini, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin xanım gələn qonaqları salamlayaraq onlara öz təşəkkürünü bildirdi. Həmçinin, təşkilatın Nizami və Nərimanov rayon Mədəniyyət şöbəsinin rəhbəri Əjdər bəyi və yeni təyin olunmuş müavini Türkan xanımı, təşkilatın Nizami və Nərimanov rayon Elmi və Mədəni Tədbirlərin Təşkili şöbəsinin yeni təyin olunmuş rəhbəri Kəmalə xanımı Şəhid Milli Qəhrəmanların təbliğatının daha yüksək səviyyədə aparılması, onların əziz xatirələrini yaşatmaq yolunda sıralarına qoşulması münasibətilə təbrik edərək işlərində uğurlar arzuladı.

Bununla yanaşı Əjdər bəy, Türkan xanım və Kəmalə xanım da bu cür tədbirin təşkil olunmasında iştirak etməkdən, bu ailələrin yanında olmaqdan qürur duyduğunu bildirərək təşkilatın Nizami və Nərimanov rayon sədri Ədhəm bəyə və gələn qonaqlara öz təşəkkürlərini bildirdilər.


Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi və Türkan xanım və Kəmalə xanım tərəfindən tədbirdə iştirak edən Şəhid Milli Qəhrəman anaları və xanımlarına, Şəhid Vətən Müharibəsi Qəhrəmanı xanımına, Vətən Müharibəsi Şəhidlərinin analarına kiçik hədiyyələr təqdim etdilər.


NƏRMİN SƏFƏROVA
VƏTƏNQƏHRƏMANLARI.AZ

Bir cavab yazın

Your email address will not be published.