1 iyun 2026-cı il tarixdə Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, təşkilatın Nizami rayon Şəhid ailələri ilə iş şöbəsinin rəhbəri Mətanət xanım, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərova Şəhid Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən tədbirdə iştirak etdilər.

Məktəbin adını daşıdığı Şəhid Milli Qəhrəman Yuri Kovalyov və digər Milli Qəhrəmanlar haqqında çıxış edən Ədhəm Məmmədov məktəbin direktoru Vüsalə xanıma və məktəbin təlim-tərbiyə işləri üzrə müavini Lalə xanıma xüsusi təşəkkürlərini bildirdi.
Məktəbin direktoru Vüsalə xanım da həm Milli Qəhrəmanlar Təşkilatının, həm də Vətən Qəhrəmanları Cəmiyyətinin tədbirdə iştirak etmələrindən dolayı şad olduğunu bildirərək həm müəllim, həm də şagird kollektivi adından təşəkkürlərini çatdırdı.

Sonda isə Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon sədri Ədhəm Məmmədov tədbirdə çıxış edən şagirdləri Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyi tərəfindən Təşəkkürnamə ilə təltif etdi.





NƏRMİN SƏFƏROVA VƏTƏNQƏHRƏMANLARI.AZ
