İnformasiya Portalı

MIİLLİ QƏHRƏMAN HÖKUMƏ ƏLİYEVA

0

 Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub.
2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq “Hər şey yaxşı olacaq!” kəlmələri ilə yaddaşlarda iz qoyub.
Milli Qəhrəman 29 dekabr 2024-cü ildə II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.