“Qarabağ”dan ayrılan qapıçı Fabiyan Buntiçin yeni klubu bəlli olub.
“Vətənqəhrəmanları.az” Milli.Az xəbər saytına istinadən xəbər verir ki, xorvatiyalı qolkiper karyerasını Portuqaliyada davam etdirəcək. O, ölkənin II liqa təmsilçisi olan “Farense” klubu ilə müqavilə imzalayıb.
Klub yeni transferini rəsmi şəkildə təqdim edərək sosial şəbəkə hesablarında “Xoş gəldin, Buntiç!” paylaşımı edib.
Xatırladaq ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan “Qarabağ”a transfer olunmuşdu. O, Ağdam təmsilçisinin heyətində çıxış etdiyi müddətdə komandanın uğurlarında pay sahibi olub.
Xaliq Pəhlivanoğlu