AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ
Surəti:1) Azərbaycan Respublikasının birinci vitse-
Prezidenti Mehriban xanım Əliyevaya
2) Məhkəmə-Hüquq Şürasının sədri
Cənab İnam Kərimova
3) Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri
cənab Fuad Ələsgərova
4)Azərbaycan Respublikasın Baş Prokuroru
Cənab Kamran Əliyevə
5) Məhkəmə-Hüquq Şürası Aparatının rəhbəri
Cənab Kərəm Mansurova
6) Şirvan Apellyasiya Məhkəməsinin sədrinə
7) Lənkaran Ağır Cinayətlər Məhkəməsinin
sədrinə
8) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
hakimi
Cənab Xamməd Nuriyevə
9) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
hakimi
Cənab Oruc Cəlilova
10) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
hakimi
Cənab Neymət Məmmədova
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin icraatında olan 1(099)-515/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs və həmçinin iş üzrə digər zərərçəkmiş şəxs Niftalıyeva Ahu Elşən qızının hüquqi varisi Niftalıyeva Günay Elman qızı tərəfindən
(TEL:050-879-71-63)
Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ
Cənab Prezident!
Hazır ki, şikayət ərizəsini yazaraq nəzərinizə çatdırırıq ki, 11 avqust 2025-ci il tarixdə Ağalı Cəfər Naib oğlunun idarə etdiyi avtomobil mərhum ərim Niftalıyev Elşən Bilasuvar oğlunun idarə etdiyi avtiomobil ilə doqquşdu. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ərim Niftalıyev Elşən Bilasuvar oğlu və 05 aylıq qızım Niftalıyeva Ahu Elşən qızı həmin yol nəqiyyat hadisəsi zamanı aldıqları xəsarətlərə görə öldülər.
Buna görə də, ərim Niftalıyev Elşən Bilasuvar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi, Ağalı Cəfər Naib oğlu isə CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişlər.
Hal-hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin icraatında 1(099)-511/2025 saylı cinayət işi vardır. Həmin cinayət işi üzrə mən həm zərərçəkmiş şəxsəm həmdə mərhum qızım Niftalıyeva Ahu Elşən qızının hüquqi varisiyəm.
Mərhum ərim Niftalıyev Elşən Bilasuvar oğlunun hüquqi varisi isə qaynanam Hüseynova Sona Məhəmməd qızıdır.
Cənab Prezident, məhkəmə iclasları zamanı hakimlər özlərini elə aparırlar ki, sanki mən tərəf olaraq məhkəmə iclasında iştirak etmirəm. Sanki yol-nəqliyyat hasisəsi zamanı mənim 05 aylıq körpə balam və ərim vafat etməyib. Sanki mənim iki nəfər azyaşlı övladım atasız qalmayıb. Əgər məhkəmə iclaslarının video görüntüsünə baxış keçirilsə bunu açıq-aşkar görə bilərsiz.
Belə ki, məhkəmə iclaslarında təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğlu dindirilərkən işə baxan hakimlər onu yönəldir, iş üzrə ifadə verən şahidlərə da hakimlər yönəldici suallar verir, şahidlər əsl həqiqəti danışmaq istəyəndə sədrik edən hakim bilərəkdən onlara müdaxilə edir, şahidlərin ifadələrini bəri başdan yekunda Ağalı Cəfər Naib oğlunun barəsində çıxarıcaqları bəraət hökmünə uyğun formalaşadırır. Bu isə qəbul edilməzdir.
Sonuncu məhkəmə iclasın bitdikdən sonra işə baxan hakimlərdən Nemət Məmmədov çox aqressiv və əsəbi halda mənə bildirdi ki, “Siz müəlliməsiz, mənim Sizin müəlliməliyinzə şübhəm var, heyif Sizin dərs dediyiniz uşaqlardan”.
Hətta 15.12.2025-ci il tarixdə baş tutmuş məhkəmə iclası zamanı cinayət işi üzrə rəy vermiş ekspert Vüsal Həbibli şahid qismində dindirilərkən cinayət işinə baxan hakimlər Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədov ekpertə təziqlər edirdirdilər ki, onu çaşdırsınlar. Ekspertə sullar verilərkən o, cavabında verdiyi rəyi əsaslandırırdı, bu isə hakimlərin xoşuna gəlmirdi. Buna görə də, hakimlər ekspertin onların suallarına verdiyi cavabla qane olmurdular, yenidən müxtəlif suallarla ekspertdən sanki istədikəri cavabı almağa çalışırdılar. Eksper isə öz rəyinin qanuna uyğun verildiyini təsdiq edirərək, rəyi öz ixtisas sahəsinə uyğun izah edirdi.
Hakimlər demək olar ki, hər vəclə çalışırdılar ki, təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğluna kömək etsinlər. Bu məqsədlə onlar təqsirləndirilən şəxsin verdiyi ifadəsini belə istiqamətləndirirdilər, şahid qismində dindirilən ekspertin verdiyi izah edici ifadəsini isə qəbul etmək istəmirdilər, ifadə vermiş digər şahidlərə isə yönəldici suallar verməklə yekunda çıxarılacaq məhkəmə qərarının nəticəsinə uyğun onlardan ifadə almağa nail oldular.
Cənab Prezident, necə ola bilər ki, cinayət işi üzrə bütün sübutlar, şahid ifadələri, ekspert rəyi Ağalı Cəfər Naib oğlunun təqsirini təsdiq etdiyi halda, işə baxan hakimlər ona bəraət vermək istəyirlər?
Hakimlər Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədov mənim mərhum ərim Elşən Nifatlıyevin və 05 aylıq körpə balamın qanını batırmaq istəyir. Onlar Ağalı Cəfər Naib oğluna bəraət vermək istəyirlər. Ona görə cinayət işi üzrə təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğluna köməklik göstərirlər. Bu isə qəbul edilməzdir.
Cənab Prezident, hal-hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədov bizə qarşı qanunsuzluq edirlər. Açıq-aşkar təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğlunun tərəfini saxlayırlar.
Belə ki, təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğlu iki nəfərə qarşı ağır cinayət əməli törətməsinə baxmayaraq azadlıqda gəzir. Sanki özünü elə aparır ki, o işini hakimlərlə bu və ya digər formada həll edib və buna görə də, azadlıqda gəzəcək və yekunda məhkəmə tərəfindən ona bəraət veriləcək.
Cənab Prezident, təqsirləndirilən şəxs və onun qohumları hər yerdə danışırlar ki, “onların Azərbaycan Respublikasında yüksək vəzifədə işləyən tanışları var, cinayət törətmələrinə baxmayaraq həmin vəzifəli şəxslərin vasitəsilə, onların vasitəsilə də olmasa digər yolla hakimləri ələ alamaqla azadlıqda qalacaq”.
Cənab Prezident, Azərbaycan Respubliasının qanunvericiliyini açıq-aşkar pozan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədovun və həmin məhkəmənin sədrinin barəsində qanuna uyğun tədbir görülməsə, onlar ərim Niftalıyev Elşən Bilasuvar oğlunu və 05 aylıq körpə balamı əlimdən alan təqsirləndirilən şəxs Cəfər Ağalıya kömək etməkdə davam edəcəklər. Sondada təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğlu barəsində bəraət hökmü çıxaracaqlar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədovun bizə qarşı olan qanusuz hərəkətləri, heç bir əsas olmadan təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğluna bəraət vermək istəmələri (onların təqsirləndirilən şəxsləri açıq-aşkar himayə etmələri, təqsirləndirilən şəxs Cəfər Ağalının iki nəfər şəxsin həyatına son qoymasına baxmayaraq azadlıqda qalması) bir Azərbaycan vətəndaşı kimi biz zərərçəkmiş şəxslərdə məhkəmə hakimiyyətinə olan inamı azaldır.
1) Əgər, belə olmasa idi, hakimlər Xamməd Nuriyev, Oruc Cəlilov və
Neymət Məmmədov məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçərdilər;
2) Əgər belə olmasa idi məhkəmə iclasına şahid qismində dindirilən
ekspert Vüsal Həbibliyə təsir göstərməzdilər, ekspertin verdiyi düzgün rəyə şübhə ilə yanaşmazdırlar;
3) əgər belə olmasa idi iş üzrə dindirilmiş digər şahidlərə hakimlər
tərəfindən yönəldici suallar verilməzdi, Ağalı Cəfər barəsində çıxarılacaq bəraət hökmünə uyğun onlara suallar verilməklə ifadələrinə düzəliş ediməsinə cəhdlər edilməzdi;
4) Əgər belə olmasa idi cinayət işi tam, hərtərəfli və obyektiv araşdırılardı,
şahidlərə ifadə verərkən təsirlər edilməzdi;
5) əgər belə olmasa idi hakimlər cinayət işi üzrə obyektiv araşdırma
aparmaq əvəzinə təqsirləndirilən şəxsə Ağalı Cəfər Naib oğluna kömək etməklə yekunda onun barəsində bəraət hökmünü çıxarılmasına çalışmazdılar.
Cənab Prezident, bir daha qeyd etmək istəyirəm ki, təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri və işə baxan hakimlər Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədov tərəfindən himayə olunur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədovun və həmin məhkəmənin sədrinin təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğlu tərəfindən əla alınması cinayət işi üzrə baş tutmuş məhkəmə prorseslərindən də sübut olunur. Əgər məhkəmə iclaslarının video görüntülərinə baxılsa bu açı- aşkar görüncək.
Yuxarıda göstərilənlərə əsasən cənab Prezident Sizdən,
X A H İ Ş E D İ R Ə M
1) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədrinin, həmin məhkəmənin hakimləri Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədovun fəaliyyətlərinin yoxlanılmasına dair aidiyyəti dövlət orqanlarına göstəriş verəsiz;
2) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(099)-515/2025 saylı cinayət işi üzrə baş tutmuş məhkəmə iclasları zamanı işə baxan hakimlər tərəfindən bizim hüquqlarımızın kobud şəkildə pozulması, həmçinin proseslərdə açıq-aşkar təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğluna köməklik edilməsinin səbəblərinə dair hakimlər Xamməd Nuriyevdən, Oruc Cəlilovdan və Neymət Məmmədovdan və məhkəmə sədrindən izahat tələb edəsiz;
3) Lənkəran Ağır Cinatlər Məhkəməsinin hakimləri Xamməd Nuriyev, Oruc Cəlilov və Neymət Məmmədovun qanunvericiliyin tələblərini kobud şəkildə pozduğuna, yəni təqsirləndirilən şəxs Ağalı Cəfər Naib oğluna köməklik göstərmələrinə görə onların və həmin məhkəmənin sədrinin barəsində qanuna uyğun tədbir görəsiz;
4) Lənkəran Ağır Cinatlər Məhkəməsinin icraatında olan 1(099)-515/2025 saylı cinayət işini şəxsi nəzarətə götürsiz.
Qeyd:cənab Prezident, görəsən cinayət işinə baxan ağsaqqal hakimlər Xamməd Nuriyevin və Oruc Cəlilovun körpə nəvələri, Neymət Məmmədovunda körpə uşağı yoxdurmu ki, onlar ən azından mənim 05 aylıq körpə balamın faciə ilə həyatdan köçməsinə biganə yanaşırlar?
Əgər, hakimlərində övladı, həyat yoldaşı varsa onların da uşaqlarının, arvadlarının bizim çəkdiyimizi başa düşməmələri mümkün deyil. 05 aylıq körpə balamdan başqa 02 nəfər azyaşlı övladım hər gün ataları Elşən Niftalıyevin yolunu gözləyirlər. Necə ola bilər ki, işə baxan hakimlər və məhkəmənin sədri bu sızıltını başa düşə bilmir?
Related Posts
REDAKSIYAMIZ VƏTƏNDAŞIN MÜRACIƏTINI OLDUĞU KIMI ICTIMAIYYƏTIN DIQQƏTINƏ ÇATDIRIR VƏ BILDIRIR KI, MƏSƏLƏYƏ DAIR QARŞI TƏRƏFIN VƏ AIDIYYƏTI DÖVLƏT QURUMLARININ MÖVQEYINI DƏRC ETMƏYƏ HAZIRDIR.