İnformasiya Portalı

İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.

0

Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadla xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.
Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.
Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.