İnformasiya Portalı

ƏKSƏR BÖLGƏLƏRDƏ YAĞIŞ YAĞIR, KÜLƏK ƏSIR – FAKTIKI HAVA

0

Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan faktiki hava məlumatını yayıb.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadən xəbər verir ki, Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.
Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.