İnformasiya Portalı

TRAMP İNFANTINONU DƏSTƏKLƏDI

0

ABŞ Prezidenti Donald Tramp FIFA-nın çətin vəziyyətdə olan prezidenti Canni İnfantinonu dəstəkləyib.
“Vetenqehremanları.az”Yeni Sabaha istinandən xəbər verir ki, o, “Truth Social”da yazıb:
“Əgər FIFA hər hansı bir səbəbdən prezident Canni İnfantinonun tutduğu kürsünü boşaltmasını düşünərsə, dəhşətli bir səhv edər”.
Donald Tramp İnfantinonun ABŞ-də indiyə qədər keçirilən “ən uğurlu Dünya Kubokunu” təşkil etdiyi fikrini təkrarlayaraq, hazırkı FIFA prezidenti olmadan Dünya Kubokunun bir daha heç vaxt gəlirli yarış olmayacağını vurğulayıb.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) da daxil olmaqla bir sıra futbol təşkilatları iyul ayında İnfantinoya açıq şəkildə qarşı çıxmağa başlayıb. O, Dünya Kuboklarına ev sahibliyi etmək üçün özəl investorları cəlb etmək planını həyata keçirməyə çalışarkən.
Planın tənqidçiləri iddia etdilər ki, İnfantino mənfəəti maksimum dərəcədə artırmaq üçün futbolun, oyunçuların və azarkeşlərin maraqlarını laqeyd qoyub. Nəticədə, FIFA prezidenti layihədən imtina edib, lakin bu, onun istefasını tələb etməyə davam edən rəqiblərini dayandırmayıb.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.