İnformasiya Portalı

Tofiq Bakıxanov nə vaxt və harada dəfn olunacaq?

0

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi avqustun 25-də saat 11:00-dan 13:00-dək Təzə Pir məscidində keçiriləcək.

Oxu.Az xəbər verir ki, bəstəkar saat 13:30-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

“Tofiq müəllim ötən axşam saat 22:00-da vəfat edib”.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun oğlu Vahid Bakıxanov deyib.

O qeyd edib ki, T.Bakıxanovun dəfn yeri və vaxtı ilə bağlı hələlik dəqiq məlumatı yoxdur.

“Dəfnlə bağlı hələ nəsə deyə bilmərəm. Yəqin ki, bu gün günortaya kimi məlumat olacaq. Mədəniyyət Nazirliyindən bizə bununla bağlı hələ heç nə deyilməyib”, – deyə V.Bakıxanov bildirib.

Xatırladaq ki, Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.

O, ilk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) alıb.

O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.

Bir cavab yazın

Your email address will not be published.