-
![]()
-
Son illərdə uşaqlar və yeniyetmələr arasında telefon və sosial şəbəkə istifadəsinin sürətlə artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
“Report.az” saytına istinad edərək xəbər veririk ki, tanınmış psixoloq, psixoterapevt Elmir Əkbər açıqlama verib.
Onun sözlərinə görə, bir sıra ölkələrdə azyaşlıların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı addımlar atılır:
“Mütəxəssislər hesab edirlər ki, bu cür məhdudiyyətlər müəyyən risklərin qarşısını almağa kömək etsə də, problemin əsas həlli ailədən və valideyn məsuliyyətindən başlayır. Sosial şəbəkələrdə yayılan zorakılıq, təhqir, kibertəqib, təhlükəli çağırışlar və müxtəlif manipulyativ məzmunlar uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bəzi hallarda yeniyetmələr internetdə rast gəldikləri təhlükəli oyunların və ya çağırışların təsiri altında özlərinə zərər verir, hətta intihara qədər gedib çıxan hadisələr baş verir. Mütəxəssislərin fikrincə, belə halların kökündə çox vaxt uşağın psixoloji vəziyyətinin vaxtında qiymətləndirilməməsi dayanır”.
Related Posts

