İnformasiya Portalı

Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft qiymətlərində dalğalanmalar müşahidə olunur.
“Vetenqehremanları.az”Oxu.Az saytına isnadən xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:06-da Londonun ICE birjasında “Brent” markalı neftin noyabr füçerslərinin qiyməti bir barel üçün 95.51 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 0.11 dollar (0.12%) ucuzlaşaraq bir barel üçün 95.52 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin oktyabr füçersləri 0.23 dollar (0.25%) bahalaşaraq bir barel üçün 91.53 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.29 dollar (0.32%) artaraq bir bareli 91.3 dollara satılmışdı.

Xxaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.