İnformasiya Portalı

2020 Cİ İL BARIT QOXULU SENTYABRDAN TARİXi UNUDULMAZ ANLAR.

0

XTQ Komandanı general-leytenant Hikmət Mirzəyev Koroğlu dağına çıxmağa qərar verir və “Kim mənimlə gedər?”- deyə soruşur. XTQ-nin kəşfiyyat rəisi Eldəniz Namazovla mühəndis- istehkam birliyinin rəisi Nəsimi Şadmanov bu çağırışa hər kəsdən əvvəl
” mən ” deyir və onlar birlikdə yola düşürlər…
XTQ-nin komandanı Koroğlu dağına çıxanda artıq məlum olur ki,motoatıcı bölmələr əməliyyatı davam etdirməkdə çətinlik çəkir.Orada komandan Eldəniz Namazova tapşırıq verir ki,iki taboru Koroğlu dağına çıxarıb döyüşə salsın.
Beləliklə ilk dəfə XTQ döyüşə həmin istiqamətdən başlayır.
Döyüş intensivləşib.Bir qədər əvvəl 5 minaatan məcmusu düşən əraziyə indi 55 mərmi düşür.Düşmən hiss edib bəlkə də məlumat alıb ki,yüksək rütbəlilər ordadır.Belə bir şəraitdə komandanı qorumaq lazımdır…
Onlar Koroğlu dağından sıldırım qayalarla aşağı düşməyə başlayırlar. Sonra komandan məlumat alır ki, döyüşlərin getdiyi ərazidə problem yaranır. Vəziyyət komandana məruzə edildikdən sonra o,təcili həmin əraziyə getməyi qərara alır.Onunla kimin gedəcəyini soruşduqda Eldəniz Namazov taktiki hazırlıq üzrə zabit olduğunu xatırladaraq özünün gedəcəyini deyir. Komandan onun təhlükəli ərazidən yeni gəldiyini bildirir və başqa zabitin getmməsini söyləyir Ancaq Namazov təkid edir və özü həmin əraziyə gedir.Namazov vaxt itirmədən gecə ilə 10 mövqeyə gedir,növbəti gün saat 11 radələrində əsas komanda məntəqəsinə qayıdır.4 saat getmək,4 saat qayıtmaq,3 saatda ərazidə olmaq.Yorğunluq yuxusuzluq öz təsirini göstərir.Motoatıcı bölmələrin Susuzluq dağına hücumu “daşa dirənir” Belə olduqda XTQ özünün “B” planına keçir.Hücumu idarə edəcək zabitin seçimində yenə Eldəniz Namazov ” mən ” deyərək önə çıxır.Komandan onun tapşırıqdan yeni qayıtdığını,yorğunluqdan halsızlaşdlğını desə də nəticəsi olmur. Eldəniz Namazov başqa variant yoxdur deyərək komandiri razı salır. Komandanın “gedib gəlməmək də var” sözünə zabit:”Vətən sağ olsun ” deyərək cavab verir.
Hikmət Mirzəyev Eldəniz Namazovun əlini sıxır,onu bağrına basaraq:”Haqqını halal et “,- deyir Eldəniz Namazov döyüş istiqamətinə yollanır…
Belə oğullar Azərbaycanın qəhrəmanlıq tarixini yazanlardır. Cənab Polkovnik Eldəniz Namazov üçün Vətən hər şeydən uca, xidmət isə müqəddəs bir amal olub. O, ən çətin məqamlarda geri çəkilməyi deyil, irəli atılmağı seçən zabitlərdəndir.
Yorğunluğa, təhlükəyə və ölümə meydan oxuyaraq “Mən gedərəm” deyən bu cəsur zabitin timsalında Azərbaycan əsgərinin və zabitinin yenilməz ruhunu görürük. Onun “Vətən sağ olsun!” kəlməsi sadəcə bir ifadə deyil, ömrünü Vətənə həsr etmiş bir hərbçinin həyat fəlsəfəsidir.
Qəhrəmanlıq təkcə döyüş meydanında göstərilən şücaət deyil, lazım olan anda məsuliyyəti öz üzərinə götürmək, silahdaşlarının önündə dayanmaq və Vətənin taleyini öz taleyindən üstün tutmaqdır. Eldəniz Namazov məhz belə qəhrəman zabitlərimizdəndir.
Azərbaycan belə oğulları ilə fəxr edir. Onların göstərdiyi şücaət, sədaqət və fədakarlıq gələcək nəsillərin yaddaşında daim yaşayacaq. Qəhrəmanlar tarix yazırlar, tarix isə qəhrəmanları əbədiləşdirir.

Səxavət Məmməd
Duman və Savaş kitabından

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.