İnformasiya Portalı

İRAN GƏLƏN AY XƏZƏRYANI ÖLKƏLƏRIN KONFRANSINA EV SAHIBLIYI EDƏCƏK

0

Gələn ay İranda beş Xəzəryanı ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə konfrans keçiriləcək.
“Vetenqehremanları.az” Yeni Sabah IRNA-ya istinadla xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi danışıb.
Onun sözlərinə görə, sahilyanı ölkələrin razılığı ilə konfransın Tehranda keçirilməsi üçün şərait yaradılıb və sentyabrın 23-də beş sahilyanı ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə toplantının keçirilməsi planlaşdırılır.
Qəribabadi vurğulayıb ki, sahilyanı ölkələrin Tehranda iştirakı ümumi maraq doğuran məsələləri müzakirə etmək, ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirmək, fikir mübadiləsi aparmaq və gələcəkdə daha konstruktiv qarşılıqlı fəaliyyət üçün zəmin yaratmaq baxımından imkan yarada bilər.
Nazir müavini qeyd edib ki, Xəzərin təhlükəsizliyi ilk növbədə regional və daxili məsuliyyətdir və bu təhlükəsizlik sahilyanı ölkələr tərəfindən, onların razılaşdırdığı mexanizmlər vasitəsilə təmin edilməli və qorunmalıdır.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.