İnformasiya Portalı

Hava ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ: leysan və sel olacaq!

0

Sentyabrın 1-dən 2-si axşamadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
“Vetenqehremanlar.az”Yeni Sabaha istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi də istisna olunmur.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.