İnformasiya Portalı

ABŞ ordusu bu ərazidən TAMAMİLƏ ÇIXDI – Trampdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İraqdakı son hərbçilərinin də ölkədən çıxarıldığını açıqlayıb.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadla xəbər verir ki, Tramp sosial şəbəkə hesabında ABŞ qüvvələrinin İraqdan tamamilə çəkilməsindən məmnunluğunu ifadə edib.
O bildirib ki, 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə başlayan proses onun rəhbərliyi ilə başa çatıb.
Tramp ABŞ-nin İraqa İŞİD-lə mübarizə aparmaq üçün getdiyini, artıq ölkədə qalmağa ehtiyac olmadığını deyib.
ABŞ Mərkəzi Komandanlığı da sentyabrın 30-da Ərbil Hava Bazasından ABŞ hərbçiləri və texnikasının çıxarılmasının tamamlandığını və İraqdakı “Inherent Resolve” əməliyyatının başa çatdığını açıqlayıb.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.