İnformasiya Portalı

ABŞ-NIN ZƏRBƏSI ZAMANI İRAN HAVA LIMANINDA ÖLÜM

0

ABŞ zərbəsi zamanı İran hava limanında yanğınsöndürən həlak olub.
“Vetenqehremanları.az”Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin ölkənin cənub-şərqində yerləşən İranşəhr hava limanına endirdiyi zərbə nəticəsində bir yanğınsöndürən həyatını itirib.
Sistan və Bəlucistan əyalətinin rəsmiləri hücum zamanı hava limanının uçuş əməliyyatları binası və meteoroloji stansiyasının da zərər gördüyünü açıqlayıblar.
Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.