Ulu öndərin Milli Qəhrəman ailələri ilə ilk görüşündən 30 il keçdi
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının rəhbərliyi ilə idarə heyətinin üzvləri, nümayəndə rəhbərləri, Milli Qəhrəman ailələri Ulu Öndər Heydər Əliyevin 100 illiyi və 27 dekabr 1993-cü il Şəhid Milli Qəhrəman ailələri ilə Ulu Öndərin ilk görüşü münasibətilə Heydər Əliyevin məzarını ziyarət etdilər.
Ulu Öndər ilk dəfə 27 dekabr 1993-cü ildə Şəhid Milli Qəhrəman ailələri və Milli Qəhrəmanlarla görüşərək onların hər bir problemləri ilə yaxından maraqlanmışdı. Daha sonra ənənəvi olaraq hər il bu görüşü həyata keçirirdi.
Elə bu səbəbdən məhs belə bir gündə Milli Qəhrəman ailələri bir araya gəldilər və həmin görüşlərdən olan xatirələrini danışdılar.
Tədbir iştirakçıları Heydər Əliyev və xanımı Zərifə Əliyevanın məzarı önünə gül dəstələri düzdülər və onların ruhlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonda isə xatirə şəkilləri çəkdirdilər.
Vətənqəhrəmanları.az
NƏRMİN SƏFƏROVA