İnformasiya Portalı

Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu

0

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.
“vetenqehremanları.az”Yeni Sabah” TodayPress TV-yə istinadən xəbər verir ki, bundan əvvəl o, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
S.Müslümov 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri, 2013-2018-ci illərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrində çalışıb.
İqtisad elmləri doktoru olan keçmiş naziri 2021-ci ilin fevralında saxlanılıb. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvətalma ittihamları ilə həbs olunub.
İstintaq müddətində dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətindəki problemlər nəzərə alınaraq S.Müslümov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.