İnformasiya Portalı

MAŞALLAH ƏBÜLFƏZ OĞLU KƏRİMOVUN HƏYAT VƏ FƏALİYYƏTİ

Maşallah Əbülfəz oğlu Kərimov 18 mart 1947-ci ildə Masallı rayonunun Əhmədli kəndində anadan olmuşdur.1963-cü ildə Təzə Alvadı kənd orta məktəbini bitirmiş, həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı fakültəsinə daxil olmuşdur. 1968-ci ildə ali təhsilini başa vurmuşdur.İnstitutu bitirdikdən sonra, 1968-ci ildə Cəlilabad rayonunun PİRİŞİB qəsəbəsində (indiki Göytəpə qəsəbəsində) yerləşən Avtomobil Zavodunda iqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır.1968–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Masallı rayonunun Sosializm sovxozunda mühasib və iqtisadçı vəzifələrində çalışmışdır.1974-cü ilin mart ayından Masallı Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə təyin edilmişdir. 1976-cı ildə Masallı Rayon Aqrar Sənaye Birliyinin rəis müavini vəzifəsində çalışmışdır.1977–1983-cü illərdə “Pravda” sovxozunun direktoru olmuşdur. 1983–1991-ci illərdə isə Masallı Rayon Aqrar Sənaye Birliyinin rəisi vəzifəsində çalışmışdır.1985-ci ilin əmək fəaliyyətinin nəticələrinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülmüşdür. Həmin dövrdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunmuşdur.1991-ci ildən sonra müxtəlif çay fabriklərinin direktoru vəzifəsində çalışmışdır.1999-cu ildə Təzə Alvadı bələdiyyəsinə üzv seçilmiş, 2000-ci ilədək bələdiyyə sədri vəzifəsini icra etmişdir. 2002–2005-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmışdır.2006-cı ilin may ayından təqaüdə çıxanadək Masallı Melioservis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.Maşallah Əbülfəz oğlu Kərimov doğma kəndinin və ətraf kəndlərin abadlaşdırılmasına, sosial infrastrukturunun inkişafına daim diqqət və qayğı ilə yanaşmışdır. Onun təşəbbüsü və yaxından iştirakı ilə bağça binalarının tikintisinə, yolların salınmasına və kəndlərə içməli su xətlərinin çəkilməsinə dəstək göstərilmişdir. O, insanların rifahının yaxşılaşdırılması, kəndlərin inkişafı üçün əlindən gələni əsirgəməmişdir.Bütün həyatını zəhmətə, xalqa xidmətə və doğma el-obasının inkişafına həsr etmiş Maşallah Kərimov 16 sentyabr 2014-cü ildə, 67 yaşında ürək çatışmazlığı səbəbindən vəfat etmişdir.Maşallah Kərimovun əziz xatirəsi onu tanıyanların, sevənlərin və doğmalarının qəlbində daim yaşayacaq. Belə insanlar heç vaxt unudulmur.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.