Televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadla xəbər verir ki, aparıcının toy mərasimi ötən gün paytaxtdakı restoranlardan birində baş tutub.
A.Rahilqızı meyxanaçı Fərhadla nikah masasına əyləşib.
Cütlük Elgiz Əkbərin aparıcısı olduğu “Şadlıq olsun” verilişindən birbaşa toy məclisinə yollanıb.
Beləliklə, Afət Rahilqızı və Fərhad sözügedən verilişdən ailə quran ilk cütlük olublar.
Mərasimdə şou-biznesin tanınmış simaları da iştirak edib. Gecə ərzində bir sıra sənətçilər səhnəyə çıxaraq öz ifaları ilə yeni evlənənləri təbrik ediblər.
Related Posts
