İnformasiya Portalı

Bu rayonların icra başçısı yoxdur – ARAŞDIRMA

0

Prezident İlham Əliyevin ötən gün imzaladığı son sərəncamlarla yerli icra hakimiyyəti orqanlarında yeni kadr təyinatları reallaşıb.
Dövlət başçısının müvafiq sərəncamları ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadla xəbər verir ki, Qaradağ, Naftalan və Gədəbəy rayonlarına edilən son təyinatlarla paralel olaraq, hazırda ölkə üzrə cəmi 3 rayon icra hakimiyyətində rəhbər postu vakant olaraq qalmaqdadır.
Bunlardan biri Yardımlı Rayon İcra Hakimiyyətidir. Prezidentin 15 sentyabr 2026-cı il tarixli sərəncamı ilə Ayaz Əsgərov sözügedən rayonun icra başçısı vəzifəsindən azad edilib və həmin tarixdən etibarən rayon idarəçiliyinə yeni təyinat gerçəkləşdirilməyib.
Cari ilin avqustun 4-də Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan MR-in Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun yerinə təyinat olmayıb.
Vakant qalan digər inzibati ərazi isə Naxçıvan Muxtar Respublikasının Babək rayonudur. Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov 24 sentyabr 2026-cı il tarixində vəzifəsindən azad edilərək Muxtar Respublikanın təhsil naziri təyin olunduğu üçün hazırda bu rayonda da icra başçısı postu boşdur.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.