İnformasiya Portalı

Deputatdan əhaliyə şad xəbər – Minlərlə insan faydalanacaq!

0

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının icrası nəticəsində mədənçıxarma sektorunda istehsalın artırılması və 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“Vetenqehremanları.az”Yeni Sabaha istinadla xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qeyri-neft-qaz sektorunun əsas prioritet sahələri üzrə mühüm hədəflər müəyyənləşdirilib. Azad edilmiş ərazilərdə qızıl, mis və molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiqi mədənçıxarma sənayesində istehsal həcminin daha da artırılmasına imkan verəcək.

Onun sözlərinə görə, Dövlət Proqramının qəbul edilməsi ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Proqram çərçivəsində yaradılacaq yeni iş yerlərinin əksəriyyətinin bölgələrin payına düşməsi gözlənilir.

Deputat mədənçıxarma sənayesindəki mövcud göstəricilərə də diqqət çəkib. Onun qeyd etdiyi kimi, 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul istehsal olunub. Azalma əsasən xam neft və qaz üzrə qeydə alınıb. Bu sahədə istehsal 2024-cü ildəki 38,2 milyard manatdan 2025-ci ildə 33,3 milyard manatadək azalıb.

Bununla yanaşı, metal filizlərinin hasilatı ötən il iki dəfə artıb. Belə ki, 2024-cü ildə 383 milyon manatlıq metal filizi hasil edildiyi halda, 2025-ci ildə bu göstərici 730 milyon manata yüksəlib.

Mədənçıxarma sənayesinə göstərilən xidmətlərin həcmi də artaraq 2025-ci ildə 2,7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2,5 milyard manat olub.

V.Bayramov qeyd edib ki, Dövlət Proqramının icrası nəticəsində bu sahə üzrə göstəricilərin əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Yeni proqram çərçivəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır.
Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.