İnformasiya Portalı

Zelenskidən gözlənilməz Putin təklifi: “Üçümüz görüşə bilərik”

0

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla birlikdə görüşməyə hazır olduğunu açıqlayıb.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadla xəbər verir ki, Zelenski Nyu-Yorkda Trampla görüşündən sonra keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün liderlər səviyyəsində danışıqların vacib olduğunu bildirib. Zelenski deyib ki, Trampla görüş zamanı müharibənin mümkün qədər tez başa çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.
O, Putinlə görüşməyə hazır olduğunu bildirərək Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüşün təşkilinə çalışa biləcəyini söyləyib.
“Üçtərəfli görüşə hazıram, amma Putinin buna hazır olduğunu düşünmürəm. O, müharibəni bitirməyə hazır deyil”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti Tramp ilə görüşündə enerji obyektlərinə hücumların dayandırılması məsələsinin də müzakirə edildiyini açıqlayıb. Zelenski Ukraynanın qarşılıqlı enerji atəşkəsinə hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandırarsa, Kiyev də Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa hazırdır.
Zelenski bildirib ki, Ukraynanın bu təklifi ABŞ tərəfindən Rusiyaya çatdırılacaq.
Görüş zamanı Ukraynada “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziya məsələsi də müzakirə olunub. Zelenski daha əvvəl ABŞ-dən bununla bağlı istehsal icazəsi istədiklərini xatırladıb. O, Ukraynada “Patriot” raketlərinin istehsalına başlanmasının təxminən 1-1,5 il çəkə biləcəyini qeyd edib.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.