22 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Nizami rayon nümayəndəliyi ilə birgə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Nizami rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə yaradılmış Şəhidlər Parkını ziyarət edib.
Ziyarətin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək, onların qəhrəmanlığını və şücaətini gələcək nəsillərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək olub.
Tədbir iştirakçıları Şəhidlər Parkında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri misilsiz qəhrəmanlıq və Vətən qarşısında xidmətləri haqqında fikirlər səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, onların həyat və döyüş yolunun gənc nəslə nümunə kimi aşılanması hər birimizin mənəvi borcudur. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Ziyarət iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiramlarını ifadə edərək onların ruhuna dualar oxuyub, Vətən qarşısında göstərdikləri fədakarlığı böyük minnətdarlıq hissi ilə yad ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Related Posts
