Bu gün Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin rəhbərliyi tərəfindən Nizami rayonundan Milli Məclisin deputatı Könül Nurullayevanın qəbulunda görüş keçirilib.Görüşdə nümayəndəliyin sədri Ədhəm Məmmədov və təşkilat üzvləri iştirak ediblər. Görüş zamanı təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və Milli Qəhrəmanların, şəhid Vətən qəhrəmanlarının ailələrinin qarşılaşdığı məsələlər barədə fikir mübadiləsi aparılıb.Könül Nurullayeva təşkilatın fəaliyyəti ilə yaxından maraqlandığını bildirərək, Milli Qəhrəmanların və şəhid Vətən qəhrəmanlarının ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb. Deputat bundan sonra da təşkilatın fəaliyyətinə və qəhrəman ailələrinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, qəhrəmanların adlarının və şərəfli irsinin gənc nəslə çatdırılması istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Related Posts
