Şəhid ailələri ziyarət olundu
Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Azərbaycan Respublikası Milli Qəhərmanlarını Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliyinin sədri, Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Mədəd Süleymanov, Azərbaycan Respublikası MQTİB-nin Yevlax Nümayəndəliyinin sədrinin birinci müavini, Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov, Azərbaycan Respublikası MQTİB-nin Yevlax Nümayəndəliyinin sədr müavini, “Dialoq.Az” saytının rəhbəri, Yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin və Türk Ağsaqqalları İctimai birliyinin üzvü, hərbi ekspert Natiq Əlisoy rayonun Malbinəsi kəndindən olan İkinci Qarabağ müharibəsi şəhidləri Bahadurzadə Vüqar Məmməd oğlunun və Həsənov Seymur Qələndər oğlunun ailə üzvlərini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Görüş çərçivəsində qəhrəman oğullarımızın şərəfli həyat və döyüş yolundan bəhs edilib. Eyni zamanda qeyd edilib ki, dövlətimiz tərəfindən daim Şəhid ailələrinə xüsusi qayğı göstərilir. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Şəhid ailəsinin nümayəndələri göstərilən bütün diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür hissini ifadə ediblər.
VETENQEHREMANLARİ.AZ saytənın Yevlax rayon rəhbəri Mədəd Süleymanov