İnformasiya Portalı

TÜRKIYƏ-AZƏRBAYCAN SƏRHƏDINDƏ MÜHÜM DƏYİŞİKLİK

0

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU), Türkiyənin Beynəlxalq Daşıyıcılar Dərnəyi (UND), İranın Beynəlxalq Nəqliyyat Şirkətləri Assosiasiyası (ITCAI) və gömrük qurumlarının nümayəndələri Türkiyə-İran və Türkiyə-Azərbaycan sərhədində yerləşən əsas keçid məntəqələrinə səfər ediblər.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadla IRU-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Gürbulaq-Bəzirgan və Dilucu-Sədərək sərhəd-keçid məntəqələrində mövcud prosedurlar nəzərdən keçirilib. Əsas məqsəd sərhədlərdən yük avtomobillərinin keçidini sürətləndirmək və daşımaların həcmini artırmaq üçün mümkün addımları müəyyənləşdirmək olub.
Görüşlərdə rəqəmsal texnologiyaların və TIR sisteminin beynəlxalq yükdaşımaların daha səmərəli və proqnozlaşdırılan şəkildə həyata keçirilməsində rolu müzakirə edilib. Xüsusilə TIR-EPD platforması vasitəsilə gömrük orqanlarına yük barədə məlumatların əvvəlcədən təqdim edilməsinin yoxlamaların daha məqsədyönlü aparılmasına və sərhəddə gözləmə müddətinin azalmasına imkan verdiyi bildirilib. Toyuqlu pizza
Dilucu sərhəd-keçid məntəqəsində tətbiq olunan TIR “Yaşıl dəhliz” mexanizminin də müsbət nəticələr verdiyi qeyd olunub. İlkin məlumatları elektron şəkildə təqdim edən yük avtomobillərinin sərhədi daha sürətli keçdiyi və bununla da boşdayanmaların azaldığı vurğulanıb.
Səfər zamanı Dilucu-Sədərək marşrutunun gələcəkdə Qafqaz istiqamətində “Şərq-Qərb” nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətinin artacağı bildirilib.
IRU regional ticarətin genişlənməsi fonunda sərhəd-keçid məntəqələrinin buraxılış imkanlarının artırılması üçün eTIR sisteminə keçidin sürətləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.