Nazpəri Dostəliyeva keçdiyi çətinliklərdən danışıb.
“Vetenqehremanları.az”Yeni Sabaha isitinadən xəbər verir ki, Xalq artisti “Günə uğurla” verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:
“Həyatım bir filmə sığmaz. Allahımdan verilən hər şeyi qəbul edib, şükür etmişəm. Allah mənə elə bir səs verib ki… Böyük sevgi yaşayıram, məni sevənlərimin sevgisi əhatə edib. Sevənlərim olmasaydı, cismim gəzirdi, amma mən yox idim”.
N.Dostəliyeva qadınların hər zaman güclü olmaq məcburiyyətində qalmasını istəmir:
“Qadınları güclü görmək istəmirəm. Güclü qadının cəfası çox olur. Qadınlar xoşbəxt olmalıdır, nəvaziş görməlidir. İnsan çətin günlər yaşayanda bir az da güclənir, hər şeyi bacarır. Qadınlar güclü olmasın, onları sevgi əhatə etsin”.
Xaliq Fərzəliyev