İnformasiya Portalı

33 RAYON VƏ ŞƏHƏRDƏ HEYVAN KƏSIMI MƏNTƏQƏSI YOXDUR – AQTA AÇIQLADI

0

Azərbaycanda aktiv fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 10-da vəziyyət tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir. 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.
Sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Möhlət dövründə müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan sahibkarların, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaq.
Qurumdan bildirilib ki, 33 rayon və şəhərdə heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Bu, qanunsuz kəsim riskini artırır.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.