Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadən xəbər verir ki, meyit Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. pizza
Araşdırma zamanı meyiti aşkarlanan şəxsin 1980-ci il təvəllüdlü rayon sakini Z.Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Xaliq Pəhlivanoğlu